Bakıda daha bir avtobus qəzası: iritutumlu avtobus beton dirəyə çırpıldı
Ötən gecə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində, Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, Əsədov Kamran Mahmud oğlunun 199 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı iritutumlu avtobus Xırdalan dairəsi yaxınlığında başqa bir nəqliyyat vasitəsi tərəfindən vurulub. Bundan sonra sürücü Kamran Əsədov idarəetməni itirib və sərinişin avtobusunu dəmir yolu körpüsünün beton dirəyinə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusunu onunla eyni istiqamətdə gedən "Opel" markalı minik maşını vurub. Bunu avtobusun sürücüsü də təsdiqləyib.
Yol qəzası baş verən zaman avtobusda sərnişinlər də olub və onun zərblə beton dirəyə çırpılması nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.
Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin istintaqçıları araşdırır. Yol qəzasına səbəb olduğu ehtimal edilən digər avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində təfbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ