Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
"Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların məhdudlaşdırılması ilə bağlı indiyədək 8 qanuna dəyişiklik edilib".
Bunu Milli Məclisin Aqrar Siyasət komitəsinin iclasında komitə sədri Eldar İbrahimov deyib.
İclasda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
Eldar İbrahimov deyib ki, təklif olunan dəyişikliyə əsasən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 18-ci maddəsində Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. Hazırda qüvvədə olan maddədə isə ölkəyə idxal olunan məhsulların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatların göstərilməsi tələb olunur.
Daha sonra “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik məsələsi müzakirə olunub.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ