Şəmkirdə faciə: 1 yaşlı qız yanğında öldü
Şəmkirdə güclü yanğın baş verib, nəticədə bir nəfər ölüb. Rayonun Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində rayonun Cinarlı qəsəbəsindəki fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğın nəticəsində bir azyaşlının yanaraq öldüyü bildirilir.
Şəmkir rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, yanğın Şahin Qələndərova məxsus fərdi yaşayış evində baş verib. Yanğın zamanı ölən 2013-cü il təvəllüdlü Günay Qələndərova isə ev sahibinin qızıdır.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1953
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1882
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2499
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1296
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2202