TANAP-ın tikintisi üçün boruların tədarükünə dair müqavilə imzalandı
“Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən əyani nümunədir. Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”.
APA TV-nin xəbərinə görə, bunu TANAP layihəsinin tikintisi üçün boruların tədarükünə dair müqavilənin imzalanması mərasimində Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit bir ölkə olacağını və 2019-cu ildən etibarən Avropaya təbii qaz nəqlini reallaşdıracağını qeyd edən Ə.Davudoğlu bildirib ki, Azərbaycanla Türkiyənin coğrafiyası, enerji potensialı bir-birini tamamlayır: “Bu layihə strateji mənfəət mübarizəsi deyil, bir iş birliyi vasitəsidir. Bunu insanlığa verilmiş nemətlərin ortaq istifadəsi vasitəsi kimi qiymətləndiririk. Mən bu layihəyə əvvəldən də dəstək verən bütün insanlara təşəkkür edirəm. İnşallah bir gün, Balkanlarla Qafqaz arasında axacaq təbii qaz eyni zamanda sülhün, dostluğun, sevginin axdığı körpü olacaq”.
Bu gün TANAP layihəsinin tikintisi üçün boruların tədarükünə dair müqavilənin imzalanması mərasimi keçirilib. Mərasimdə Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə yanaşı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız da iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb