Xızıda 8-ci sinif şagirdi müharibə veteranını qətlə yetirib
Xızıda qətl törədilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.
Qətli törədən şəxsin orta məktəb şagirdi olduğu məlum olub. Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan müharibəsinin veteranıdır.
Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1961
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1891
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2507
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1298
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2105
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2205