İŞİD Bağdadın 12 kilometrliyində
İŞİD terrorçuları İraqın paytaxtı Bağdada yaxınlaşmaqda davam edir. APA TV-nin xəbərinə görə, Fellucaya nəzarət edən terrorçular sosial media hesablarından Diyalaya girdikləri barədə xəbər yayıblar. Bağdad yolu üzərində yerləşən Hit rayonunda İraq ordusu geri çəkilib. Rayonu ələ keçirən İŞİD xeyli sayda hərbi maşın və sursatı ələ keçirib. İraqın qərbində yerləşən Anbar əyalətinin 80 faizini ələ keçirən terrorçu qruplaşma irəliləyişini davam etdirir. İraq ordusu isə Hitdə geri çəkilməsini taktik qərar adlandırıb. İŞİD-çilərin Hitin 5 kilometrliyində yerləşən hərbi hava bazasına hücum edəcəyi gözlənilir.
Son xəbərlərə görə isə, İŞİD artıq Bağdad Beynəlxalq Hava Limanın 12 kilometrliyinə qədər irəliləyib.
OXŞAR XƏBƏRLƏR
17:46
412
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
370
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
731
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
626
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1554
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1684