Rusiyada qətl törədən azərbaycanlı gəncə hökm oxunub
Rusiyanın Xantı-Mansiysk şəhərində 23 yaşlı Yuliya Zavyalovanı öldürən azərbaycanlıya hökm oxunub. 19 yaşlı Maarif Məmmədov qəsdən adamöldürmə, döymə, ölümlə təhdid etmə maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmünə əsasən, o, 15 il 2 ay müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə azadlıqdan məhrum edilib. Azərbaycanlı gəncə ibtidai istintaq zamanı irəli sürülmüş zorlama ittihamı isə məhkəmədə sübuta yetirilməyib.
APA TV-nin xəbərinə görə, hadisə bu il mayın 16-da ayında baş verib. Azərbaycanlı gənc Yuliya Zavyalova anası ilə evə qayıdarkən ona hücum edib. Maarif Məmmədov onun boğaz nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Bundan sonra Xantı-Mansiysk sakini yalnız bir neçə dəqiqə yaşaya bilib və anasının qollarında ölüb. Cinayətkar hadisə günü şəhərin mərkəzində tikilməkdə olan evlərdən birinin zirzəmisində tapılıb.
Cinayət Xantı-Mansiyskdə böyük rezonans doğurub.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb