Biləsuvarda dəhşət: ata qızının başını kəsib
Biləsuvarda dəhşətli qətl hadisə baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Zəhmətabad kəndində qeydə alınıb. Kənd sakini, 63 yaşlı Tofəddin Mirzəmməd oğlu Hacıyev ailə münaqişəsi zəminində qızı, 28 yaşlı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirib. İlkin məlumata görə, Tofəddin Hacıyevin bir uşaq anası olan qızı Aida xeyli vaxt olar ki, ərindən boşanıbmış. Qızının başqa kişi ilə münasibəti olmasından şübhələnən kişi onu öldürmək qərarına gəlib. O, döğma qızını qətlə yetirmək üçün evin araxasına apararaq öldürüb.
Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək ekspertiza aparıblar. Tofəddin Hacıyev isə həbs olunub.
Qeyd edək ki, Tofəddin Hacıyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Daha əvvəl də qətl törədən ata ömrünün 10 ilini həbsxanada keçirilib. Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb