Ölkə ərazisində hava yağmursuz olacaq
Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək. Bazar günü Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb