Ötən ay təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 548 fakt aşkarlanıb
"Təbii qazdan qeyri-qanuni istifadə qaydalarının pozulmasl ilə bağlı bu ilin senytabr ayında regionlarda 321, Bakıda, Abşeron və Sumqayıtda isə 227 akt tərtib olunub".
Bunu APA TV-yə müsahibəsində Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib: "Çox təəsüf ki, il ərzində minlərlə belə fakta rast gəlinir. Baxmayaraq ki, KİV-də bununla bağlı maarifləndirici matreallar nümayiş olunur, reklam və sosial çarxlar yerləşdirlir, abonenetlər bu məsələyə dırnağarası yanaşırlar".
Araz Ağayevin sözlərinə görə, tüstü bacalarının vaxtında təmizlənməməsi, qeyri-standart qaz cihazlarından istifadə, mətbəx və hamam otaqlarında tikinti normalarının pozulması bədbəxt hadisələrə yol açır: "Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarında istehlakçıların vəzifələri sadalanır. Bu vəzifələrdən biri də tüstü bacalarının normal şəkildə işləməsidir. Vətəndaşlar tərəfindən bütün qaz qurğuları onların texniki pasportlarında göstərilmiş şərtlərə uyğun olaraq təhlükəsiz istismar olunmalıdır. Bundan başqa, tüstü bacaları və havadəyişmə xətlərinin normal işləməsi üçün vaxtında tədbirlər görülməlidir. Təəssüf ki, bu tədbirlər vaxtında görülmür".
“Azəriqaz” sözçüsü qış aylarında dəm qazından zəhərlənmə hallarının artmasını əhalinin təhlükəsizlik tədbirlərinə riayət etməməsində görür. Onun sözlərinə görə, hamam otaqlarında lazımi normativlər daha tez-tez pozulur.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ