Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutub.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR
14:40
1965
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1894
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2510
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1298
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2105
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2205