Qubada 78 yaşlı kişi evində ağır yanıq xəsarətləri alıb
Qubada bədbəxt hadisə baş verib. Hadisə şəhərin Gənclər küçəsi, mənzil 50 ünvanında qeydə alınıb. APA TV-nin xəbərinə görə, 78 yaşlı Eynulla Əlixanov yaşadığı evdə təbii qazla ehtiyyatsız davrandığından yanıq xəsarətləri alıb. Zərərçəkənin qonşularının verdiyi məlumata görə, mətbəxdə qaz sobası açıq qalıb və içəri qaz dolub. O, sobanı yandıran zaman partlayış baş verib. Nəticədə mənzilə ziyan dəyməsə də, yaralı yanıq xəsatləri alaraq Quba MRX-nın cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralıya üzün hər iki yuxarı ətrafının II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. Hazırda faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1965
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1894
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2510
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1298
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2105
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2205