Bakıda hava çiskinli olacaq
Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər çiskinli, gün ərzində dəyişkən buludlu hava şəraiti gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-22 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gecə bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-15, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1976
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1903
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2520
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1300
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2107
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2207