Komitə sədri Siyəzəndə qəbul keçirib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün Siyəzən şəhərində vətəndaşların qəbulunu keçirib. APA TV-nin xəbərinə görə, görüşdə Siyəzənlə yanaşı, Xızı və Şabran rayonlarının sakinləri də iştirak edib. Qəbul zamanı vətəndaşlar Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qusurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri barədə müraciət edib.
Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bölgədən olan 40-a qədər vətəndaşın müraciətinə baxılıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1976
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1903
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2520
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1300
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2107
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2207