Samuxda ailəsinin sevdiyi qızı qəbul etməməsinə əsəbiləşən gənc özünü öldürmək istədi
Samux rayon Kolayır kənd sakini intihara cəhd edib. O, Gəncə şəhərində yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, özünü atmaq istəyib. APA TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən 31 yaşlı Həzrətov Elşən Hüseynqulu oğlu fikrindən daşınıb, dirəkdən endirilib. Gəncə Stansiyası Xətt Polis Şöbəsindən verilən məlumata görə, Elşən Həzrətovun intihara cəhd etməsinin səbəbi onun sevdiyi qızın anası tərəfindən qəbul edilməməsi olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1980
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1907
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2524
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1300
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2107
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2207