Minskdə MDB ölkələrinin dövlət başçılarının dar çərçivədə iclası keçirilir
Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin dövlət başçılarının dar çərçivədə iclası başlayıb.
APA TV -nin məlumatına görə, görüşdə Belarus, Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Moldova prezidentləri iştirak edir.
Qeyd edək ki, zirvə toplantısında 2015-2019-cu illərdə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı əməkdaşlıq proqramının, humanitar sahədə əməkdaşlığın dərinləşməsi və sərhəd xidmətlərinin çevikliyinin artırılması üçün mütəxəssislər qrupunun yaradılması haqda sənədlərin müzakirəsi planlaşdırılıb. Bundan əlavə, II Dünya müharibəsində SSRİ-nin qələbəsinin 70-ci ildönümü münasibətilə dövlət başçılarının MDB xalqlarına birgə müraciəti nəzərdə tutulub. Ümumilikdə 17 sənəd layihəsi gündəliyə daxil edilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb