Türkiyədə iğtişaşlarda ölənlərin sayı 22-yə çatıb
Türkiyənin Mardin şəhərində baş verən iğtişaşlar zamanı daha bir nəfər öldürülüb. APA TV-nin Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bununla da Türkiyədə baş verən son iğtişaşlar zamanı ölənlərin sayı 22 nəfərə çatıb. Rəsmi qaynaqlar hadisələr zamanı 100-dən çox şəxsin yaralandığını bildirir.
Qeyd edək ki, İŞİD-in Kobanini işğal etməsini bəhanə edərək, Türkiyənin müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları hələ də davam edir. Aksiyalar zamanı separatçı kürdlər İzmirdə içində müştərilərin olduğu marketi yandırıblar.
Yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülən market yararsız hala düşüb. Polis marketin üstündəki evi təxliyyə edib. Yerli sakinlər isə separatçı kürdlərin bu cür təxribatyönümlü aksiyalarına öz etirazlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb