Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları azərbaycanlı girovlarla görüşüblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, baş çəkmə oktyabrın 6-da baş tutub.
BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ