Lənkəranda "VAZ 2107" beton dirəyə çırpılıb, 57 yaşlı qadın ölüb
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Zərifə Əliyeva keçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 23 yaşlı Şəhriyar Kazımovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarə etməni itirərək yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsiri nəticəsində avtomobilin sərnişinlərindən Lənkəran şəhər sakini, 57 yaşlı Validə Ağayeva aldığı xəsarətdən hadisə yerində ölüb. 52 yaşlı Xatirə İsmayılova isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb