Ukraynada gərginlik davam edir, Donetsk aeroportu atəşə tutulub
Donetsk aeroportuna hücumlar davam edir. APA TV-nin məlumatına görə, separatçılar nəzarətdə saxladıqları ərazilərdən aeroportu atəş altında saxlayırlar. Şastye şəhərində istilik-elektrik stansiyasının mühafizəsini təşkil edən Ukrayna hərbçilərinin postları da iki gün atəş altında saxlanıb. Antiterror əməliyyatını koordinasiya edən qərargahın yaydığı məlumata görə, separatçılar hərbi texnika və mülki maşınların hərəkət etdiyi yollara fuqas bombaları basdırırlar.
Donetsk vilayətinin Staroqnatovka rayonunda antitteror qüvvələri ilə separatçıların diversiya-kəşfiyyat qrupu arasında döyüşlərdə 1 Ukrayna hərbçisi ölüb, 7 hərbçi yaralanıb. Maryinki qəsəbəsində isə Ukrayna hərbçiləri separatçıların hücumuna cavab atəşi açıblar. Atəş nəticəsində 1 separatçı öldürülüb, biri isə yaralanıb. Mariupol yaxınlığında da tərəflər arasında lokal toqquşmalar qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb