Gəncədə yolu keçən 10 yaşlı məktəbli maşınla vurulub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şəddadilər küçəsində qeydə alınıb. Şəhər sakini 60 yaşlı Fəxrəddin Novruzov “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 10 yaşlı piyada Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına aparılıb. Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirilir. İlkin ehtimala görə, qəzaya piyadanın ehtiyatsızlığı səbəb olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2041
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1969
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2585
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1302
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2110
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2209