Hökumət Evinin qarşısında qəza: "Toyota Land Cruiser" və "Toyota Camry" toqquşdu
Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb. Qəza zamanı "Toyota Land Cruiser" və "Toyota Camry" markalı avtomobillər toqquşub. Nəticədə "Toyota Camry"nin sürücüsü yüngül bədən xəsarəti alıb. Olay yerinə təcili tibbi yardım çağırılıb. Yaralıya ilkin yardım göstərilib və o dərhal 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin apardığı ilkin araşdırma zamanı qəzaya "Toyota Land Cruiser"ın sürücüsünün səbəb olduğu müəyyənləşib.
Hər iki avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2041
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1969
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2585
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1302
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2110
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2209