Güclü külək əsəcək
Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və güclənəcək. Havanın temperaturunun gecə və gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da oktyabrın 7-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.
Oktyabrın 7-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb