Polisdən əhaliyə müraciət: Bakıda təhlükəli şəxslər tutulub
Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları növbəti uğurlu əməliyyat axtarış tədbiri həyata keçirib. Polis əməkdaşları Bakı şəhər sakinləri, 31 yaşlı Aydın Balayevi və 28 yaşlı Tamerlan Əlizadəni şübhəli şəxs qismində saxlayıblar. Əməliyyat zamanı onların avtomobilindən 1 ədəd pnevmatik tapança, 1 ədəd elektroşok aparatı, 1 ədəd durbin, 1 ədəd dəmir dəyənək, 1 ədəd bıçaq, gözyaşardıcı qaz, idman papaqları və digər əşyalar aşkarlanıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Aydın Balayevin idarə etdiyi “Hunday” markalı avtomobilin dövlət nömrə nişanı oğurluqdur. Avtomobil bir müddət əvvəl kirayəyə götürülüb, dövlət nömrə nişanı isə Yasamal rayonu ərazisində oğurlanan başqa bir avtomobildən çıxarılaraq " Hyundai"a salınıb.
Polis saxlanılan şəxslərin aşkarlanan əşyalarla cinayət törətdiklərini istisna etmir. Bu şəxsləri görüb tanıyanlardan və ya onların əməlindən əziyyət cəkənlərdən Xətai rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ