Dərbəndin azərbaycanlı icra hakimi Qurban Qurbanov tutulub
Dərbəndin azərbaycanlı icra hakimi Qurban Qurbanov həbs olunub. APA TV-nin xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu ilin sentyabrın 16-da Qurban Qurbanova qarşı İstintaq Komitəsinin İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.
İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Qurban Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.
Hazırda cinayət işi ilə bağlı kompleks istintaq tədbirləri görülür və Qurban Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsi müzakirə olunur.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ