Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron hökumət: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda müsabiqə elan edib. Elektron müsabiqə “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 nominasiya üzrə keçirilir. APA TV-nin xəbərinə görə, müsabiqənin təqdimatında çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqəni keçirməkdə əsas məqsəd Azərbaycanda formalaşmaqda olan elektron hökumət barədə əhaliyə daha ətraflı məlumatlar çatdırmaqdır: "Eyni zamanda ektron hökumətdən istifadə edən vətəndaş portaldan xəbərdar olmalıdır. Digər tərəfdən elektron hökumət vətəndaşlarımızın müxtəlif dövlət orqanları ilə internet vasitəsilə rahat əlaqə yaratmasına kömək edir. Bu istiqamətdə işlər görülür və elektron hökumət portalı 2 ildir, vətəndaşların istifadəsinə verilib. Portala qoşulmuş xidmətlərin sayı 400-ə yaxındır. Nazirlər Kabinetində qoşulmuş xidmətlərin sayı 291-dir".
Müsabiqədə iştirak etmək istəyənlər elektron hökumət portalında (www.e-gov.az) qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidirlər. Qeydiyyat noyabrın 10- dək aparılacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb