Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başa çatıb
Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başa çatıb. Bu barədə APA-ya Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib. Təlimə qatılan Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ötən gün ölkələrinə yola salınıb. Təlimlər sentyabrın 18-də başlayıb. Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25 döyüş təyyarələri, Mi-24 zərbə və Mi-17 çoxməqsədli helikopterləri, Türkiyə Hərbi Hava Qüvvələrindən isə 6 ədəd F-16 döyüş, C-130 “Herkules” hərbi-nəqliyyat, 2 ədəd AH-1W “Super Cobra” döyüş və 2 ədəd “Sikorsky S-70” helikopteri iştirak edib. Təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb