Bakıda qadınların qənimi kəsilən soyğunçu yaxalanıb
Binəqədi polisi soyğunçuluqla məşğul olan şəxsi saxlayıb. Bu, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 33 yaşlı Cumayev Əfqan Dəlil oğludur.
APA TV-nin xəbərinə görə, sentyabrın 22-də Bakının Binəqədi rayonu ərazisində, 7-ci mikrorayonda Əfqan Cumayev Dərnəgül istiqamətində piyada gedən Məlikməmmədova Nərmin Müzəffər qızına zor tətbiq edərək yerə yıxıb. O, qadının içərisində 15 manat nəğd pulu və bankomat kartı olan portmanatını, qulağındakı 200 manatlıq qızıl sırğasını, 100 manat dəyərində mobil telefonunu götürərək hadisə yerindən qaçıb.
Əfqan Cumayev oxşar əməli bir həftə sonra eyni ərazidə yenidən təkrarlayıb. Onun bu dəfəki qurbanı Hüseynova Mirvari Əlibala qızı olub. O, qadını yumruqla vuraraq, 1 cüt qızıl sırğasını, qızıl üzüyünü və mobil telefonunu ələ keçirib.
Hazırda Binqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb