Bakıda 4 otaqlı ev yanıb
Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Hadisə Aşıq Qərib 66 ünvanında qeydə alınıb. APA TV-nin FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 80 kv.m. olan 4 otaqlı evin taxta konstruksiyalardan ibarət çardağı 60 kv.m sahədə yanıb. Həmçinin, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv. m sahədə, 1 otağın tavanı 5 kv.m sahədə yanıb. Hadisə yerinə Nərimanov Rayon Yanğından Mühafizə Xidmətinin, maşınları və canlı qüvvəsi cəlb olunub.
Ev sahibi deyib ki, yanğın qısa zamanda bütün evi bürüyüb: "İçəridə naqildən baş verib. Soyuducum, yorğan-döşəyim hər şeyim yanıb. Özüm də tək adamam, ayağım yaradır. Bu soyuqda çöldə qaldım".
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb