Bakıda ata və oğlunu güllələyən şəxs danışdı: "Özümü qoruyurdum" - YENİLƏNİB
Ötən gün Bakıda silahlı insident baş verib. Hadisə Binəqədi rayonunda Dərnəgül şösesində qeydə alınıb. Yaralılardan iki nəfər - 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyev və 1998-ci il təvəllüdlü Ayxan Savalanlı 1 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alanlar ata-oğuldur. Xəstəxandan APA TV-yə verilən məlumata görə, güllə yarası alan şəxslərin vəziyyəti orta-ağırdır. Onlar hazırda reanimsiya şöbəsində müalicə olunur.
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi Rövşən Savalan oğlu Əliyevə və onun oğlu Ayxan Savalanlıya ov tüfəngindən atəş açıb. O, silahı 2 ay əvvəl ovçu ləvazimatları satılan mağazadan alıb. Hadisəni törədən Hicran Səfərov saxlanılıb: "Özümü qoruyurdum. Əlində boru vardı, mən də onun əmisi oğluyla söhbət edirdim. Qalxdi ki, məni vursun. Başımı əyməsəydim, dəyəcəkdi. Niyə, neynəmişəm ona? Ata-bala ikisini də vurdum".
Faktla bağlı araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb