Gəncədə “VAZ 21011”lə toqquşan “Mercedes” piyadanı vurub
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Təbriz və Nigar Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Gəncə şəhər sakini, 32 yaşlı Orxan Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə 27 yaşlı Elçin Babayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Sürətlə hərəkət edən “Mercedes” sonra yolun kənarı ilə hərəkət edən, 48 yaşlı Gəncə şəhər sakini Mehriban Həsənovaya dəyib. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2058
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1984
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2601
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1304
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2112
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2214