"Arsenal" "Qalatasaray"ı darmadağın etdi
Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları başa çatıb. APA TV-nin məlumatına görə, ilk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa ediblər. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olub.
Qarşılaşmada “Qalatasaray” darmadağın olub - 4:1.
İlk qolu 2-ci dəqiqədə Velbek vurub.
İlk qolun sahibi Velbek 30-cu dəqiqədə özününü və komandasının ikinci qolunu vurub.
"Arsenal" 41-ci dəqiqədə fərqi 3-ə qaldırıb. Növbəti qolun müəllifi isə Sançez olub.
52-ci dəqiqədə Velbek özünün 3, komandasının 4-cü qolunu vuraraq "Het-trik"ə imza atıb.
Oyunda "Qalatasaray" cəmi bir qol vurub. 60-cı dəqiqədə "Arsenal"ın qapıçısı Burak Yılmaza kobud müdaxilə edib. Hakim qapçıya qırmızı kart verərək "Arsenal"ın qapısına penalti təyin edib. Burak Yılmaz penalti şansını dəyərləndirərək oyunda "Qalatasaray"ın ilk qolunu vurub.
Matçda başqa qol olmayıb və beləcə "Arsenal" "Qalatasaray"ı 4-1 məğlub edib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb