Yeni inşa olunmuş tuneldə qəza
Ötən axşam Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza "Şəfa" stadionunun yaxınlığında yeni inşa olunmuş tuneldə qeydə alınıb. "VAZ-21011" markalı avtomobil "Mazda" markalı maşına arxadan çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. "VAZ 21011"-in sürücüsünün nə özünün, nə də idarə etdiyni avtomobilin sənədi olub.
Qəza zamanı tuneldə tıxac var imiş. "Mazda" markalı avtomobil tıxacda dayanıb, arxadan yüksək sürətlə gələn "VAZ 21011" isə ona çırpılıb.
Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəliblər və ilkin araşdırma aparılıb. Qəzanı törədən "VAZ-21011" hadisə yerindən evakuasiya edilib və cərimə meydançasına qoyulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb