Ermənilərin BMT binası yaxınlığında qondarma "soyqırımı" abidəsi qoymaq arzusu reallaşmadı
Cenevrədə qondarma "erməni soyqırımı" abidəsinə qarşı Türkiyənin etirazları nəticəsini verib. Kanton rəhbərliyi Cenevrə bələdiyyəsinin BMT-nin binası yaxınlığındakı Arianna parkında qoymaq istədiyi "erməni soyqırımı" abidəsi üçün yeni yer axtarmaq tapşırığı verib.
Erməni iddialarına aid abidənin qoyulması ilə bağlı mübahisələr yeddi ildir, davam edir. Cenevrə bələdiyyəsinin qərarına qarşı həm İsveçrə, həm də Türkiyə XİN-ləri mübarizə aparırdı.
Abidənin inşasına icazəni kanton rərbərliyi verməliydi. Cenevrə kantonunun rəhbəri Fransiz Laongçamp layihəyə dəstək verməsinə rəğmən, abidənin daha az diqqət çəkən yerdə qoyulmasını tələb edib.
APA TV-nin xəbərinə görə, İsveçrə mətbuatı yazır ki, yeni qərar ermənilərin etirazı ilə qarşılanacaq. Türkiyə tərəfi abidənin qoyulmasının qarşısını almaq üçün bütün cəbhələrdən təzyiq edirdi. Türkiyə diplomatiyası bələdiyyə, kanton, BMT və İsveçrə hökuməti ilə uzun müddətdir təmas içərisindəydi.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ