Binəqədidə iki divar arasında sıxılıb qalmış qız və qoyun xilas belə xilas edildi
Binəqədi qəsəbəsində iki fərdi yaşayış evinin arasında sıxılmış vəziyyətdə qalan 21 qız və qoyun xilas edilib. APA TV-nin məlumatına görə, FHN -nin 112 Xidmətinə Binəqədi qəsəbəsində vətəndaşın iki fərdi yaşayış evin arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xırdalan və Nərimanov rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıblar.
Hadisə yerində aparılan ilkin dəyərləndirmə zamanı məlum olub ki, Həsənova Tamam Həsən qızına məxsus qoyunlardan biri iki evin arasında sıxılaraq qalıb. Tamam Həsənova onları çıxartmaq məqsədi ilə ara məsafəsi təxminən 40 santimetr olan divarlar arasında girib. Lakin o da divarlar pərçimlənərək divarlar arasında qalıb. Ev sakinləri və qonşular zərərçəkmişin çıxarılmasının mümkünsüz olduğunu görərək dərhal 112 xidmətinə müraciət ediblər.
Tamam Həsənova bir neçə dəqiqədən sonra xilas edilib. Zərərçəkmişə ilkin tibbi yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb