Oğurluğa görə saxlanılan şəxs: "4-cü dəfədir, tutuluram, 11 il yarım yatmışam"
Sumqayıtda atomobillərdən oğurluq etməkdə təqsirləndirilən keçmiş məhkum saxlanılıb. APA TV-nin xəbərinə görə, şəhər sakini Zakir Nurəliyev avtomobillərdən maqnitofonu oğurlamaqda təqsirli bilinir. Gecə saatlarında əsasən, Rusiya istehsalı olan avtomobillərin ehtiyat hisslərini və maqnitofonlarını oğurlayan Nurəliyev Sumqayıt şəhər Pİ 3-cü polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. O, daha öncə narkotik vasitələrin istifadəsi və dövriyyəsinə görə məhkum olunduğunu deyib: "4-cü dəfədir, tutuluram, 11 il yarım yatmışam. Elədiyim əməllərə görə peşman olub-olmadığımı deyə bilmərəm. Belə də, heç nədən peşman deyiləm. Eləmişəm də..."
Abşeron rayon Polis İdarəsinin əməkdaşları isə əvvəllər dələduzluq əməlinə görə məhkum olunan 1977-ci il təvəllüdlü Araz Məmişovu yaxalayıblar. Fərdi yaşayış sahələrinin tikintisində iş icracısı kimi calışan saxlanılan şəxs barəsində 6 nəfər polisə şikayət ərizəsi yazıb. Özünün dediyinə görə, o, arada vasitəci olub. Vətəndaşların ondan nəyə görə şikayət etdiyini anlamır: "Düzüb qoşmuşam. Hərəsi mənə 200 manat pul verib".
Polisə müraciət edənlər Məmişovun onların pullarını alaraq işlərini başa çatdırmamasından şikayətçidirlər. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb