Bakıda irigövdəli ağac maşının üstünə aşıb
Bu gecə paytaxtda müşahidə olunan kəskin küləkli hava fəsadsız ötüşməyib. APA TV-nin məlumatına görə, Yasamal rayonu, Balababa Məcidov küçəsində irigövdəli ağac Anar Bayramova məxsus "Hyudai" markalı maşının üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Xətai rayonu Yavət Əliyev küçəsində isə qovaq ağacı yaşayış binasının üzərinə açıb. Bəzi evlərin dam örtüyü yararsız vəziyyətə düşüb. Xətai Rayon İcra Hakimiyyətinə üz tutan sakinlərə bildirilib ki, evlərin dam örtüyünün sıradan çıxmaası ilə bağlı tədbir görüləcək.
Qeyd edək ki, Bakıda küləkli və yağışlı havanın bir neçə gün davam edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
14:40
2095
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2021
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2636
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1304
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2112
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2214