Bakıda "VAZ 2102" yük maşınına çırpıldı, 4 nəfər öldü
Paytaxtın Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhər şossesində qeydə alınlıb. Elçin Alıyev idarə etdiyi "VAZ 2102" markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan “KamAZ”a arxadan çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən elə hadisə yerindəcə ölüb. Dərhal hadisə yerinə FHN-nin xilasediciləri, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq, aidiyyatı üzrə təhvil veriblər.
Əraziyə baxış keçirildikdən sonra hadisə yeri müayinə olunub. Hadisənin baş verdiyinə gəldikdə isə ilkin ehtimal olaraq, "Jiquli"nin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb