Tovuzda 20 yaşlı oğlan bıçaqlandı
Tovuzda bıçaqlanma olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini, 20 yaşlı Əflatun Bayramovla həmkəndlisi, 20 yaşlı Emin Abdıyev arasında mübahisə yaranıb. Nəticədə Əflatun Bayramov Emin Abdıyevi bıçaqlayıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 20 yaşlı oğlanın həyatını xilas etmək mümkün olub. Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2129
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2055
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2670
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1306
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2114
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2218