Zaqatalada yoldan çıxaraq aşan "KamAZ" qaz xəttini dağıdıb
Zaqatalaya ot bağlaması satmağa gedən İmişli rayon sakini qəza törətib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. İmişli rayon sakini, 44 yaşlı Tofiq Hüseynov idarə etdiyi “KamAZ” markalı ağırtonnajlı yük maşını ilə Zaqatala istiqamətində hərəkətdə olarkən idaetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü Tofiq Hüseynov xəsarət almasa da, yük maşını qismən yararsız hala düşüb, maşının aşdığı ərazidən keçən qaz xətti zədələnib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2129
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2055
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2670
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1306
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2114
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2218