Bakıda güclü yağış yağacaq
Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə saatlarında Abşeron yarımadasının bəzi ərazilərində intensivləşəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda sentyabrın 28-də gecə və axşam saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ