Azərbaycan Ordusunun zabiti şəhid olub
Sentyabrın 27-də saat 10:25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub. Allahverdi Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.
OXŞAR XƏBƏRLƏR
14:40
2130
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2056
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2671
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1306
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2114
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2220