Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Goranboy rayonunda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Rəhimli kəndi ərazisində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Kəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Goranboy rayonun Veysli kəndində məskunlaşan 38 yaşlı Elçin Ələsgərov idarə etdiyi "VAZ 2172" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı irigövdəli ağaca çırpılıb. Avtomobildə tək olan Elçin Ələsgərov aldığı xəsarətdən hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.
Faktla bağlı Goranboy rayon Pols Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2130
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2056
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2671
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1306
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2114
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2220