Bakıda qadın müğənni dəhşətli qəzada ölüb - YENİLƏNİB
Bakının Xətai rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. "Opel-Astra" markalı avtomobil prospektlə Zığ şossesi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən mebellə yüklü "QAZel" markalı yük maşınına çırpılıb. Sürət yüksək olduğundan və zərbənin gücündən "Opel" yolun əks hərəkət istiqamətinə düşüb. Bu vaxt Nobel prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolun ortasındakı "Opel"ə çırpılıb və onu aşırıb.
Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2107"-nin sürücüsü, 26 yaşlı Şahin Anar oğlu Nərimanov və maşına sərnişin kimi minən 24 yaşlı Samirə Afiq qızı Bayramova hadisə yerində ölüblər. Avtomobil deformasiyaya uğradığından, meyitləri çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.
Lent.az-ın məlumatına görə, 24 yaşlı Samirə Bayramova müğənni olub. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub, ifa etdiyi mahnılar radiolarda səsləndirilib.
Qəza nəticəsində "Opel"in sürücüsü və sərnişini xəsarət alaraq, xəstəxanaya aparılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb