Fövqəladə hallar naziri Şəmkirdə qəbul keçirib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşları qəbul edib. Görüşdə Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.
APA TV-nin qərb bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 107, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
14:40
2132
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2058
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2673
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1307
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2115
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2221