BMT-nin baş katibi Azərbaycana gələcək
"Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər siyasəti üzrə I Qlobal Forumunda BMT-nin Baş Katibi Pan-gi Munda iştirak edəcək".
APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində gerçəkləşən tədbirdə dünyanın 160 ölkəsindən parlament rəsmilərinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin iştirakı gözlənilir: "Forumda iştirak etmək istəyən 100-ə yaxın ölkə iştirakını təstiqləyib. 60-a yaxın ölkənin nazir və nazir müavinləri iştiraklarını təsdiq ediblər. Pan Gi Mun da iştirak edəcək".
Layihənin əsas məqsədinin gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi olduğunu deyən nazir bildirib ki, forumun 5 əsas tərəfdaşı - Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.
Ermənistan nümayəndə heyətinin sözü gedən foruma qatılacağına gəlincə, nazir deyib ki, Azərbaycan nümayəndə heyəti Ermənistanda olan bütün idman yarışlarında və forumlarda iştirak edir. Qarşılıqlı onların nümayəndələri də dəvət olunur. Ermənistan hökuməti onlara göndərilən dəvəti hələ ki cavablandırmayıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb