Bir ay əvvəl Qazaxda saxlanılan erməni ölkəsinə qaytarılıb
Bir ay əvvəl Qazax rayonunda saxlanılan erməni ölkəsinə qaytarılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, 26 avqust 2014-cü il tarixdə Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılan, Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviçi bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR
14:40
2132
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2058
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2673
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1307
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2115
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2221