Petrozavodskdakı Azərbaycan icmasının sədri Xızıda baş verən qəzada ölüb
Gecə saatlarında Xızı rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci km-də qeydə alınıb. Ağdaş rayon sakini, 31 yaşlı Nurəddin Baxışovun idarə etdiyi “Mercedes” yoldan çıxaraq aşıb. Nəticədə maşında olan 2 nəfər - Sumqayıt sakini, 56 yaşlı Möhübbət Şahbazova və Rusiya vətəndaşı, 57 yaşlı Hamil Hüseynov ölüb, 3 nəfər isə müxtəli dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Xəsarət alanlar sürücü Nurəddin Baxışov, sərnişinlər - Sumqayıt sakini, 56 yaşlı Lətif Şahbazov və Rusiya vətəndaşı, 21 yaşlı Şakir Hüseynovdur. Onlardan 2-si yüngül xəsarətlər alsa da, dünyasını dəyişən qadının həyat yoldaşı Lətif Şahbazovun vəziyyəti orta-ağırdır.
Qəzada ölən Hamil Hüseynov Rusiya Federasiyasının Petrozavodski şəhərində Azərbaycan icmasının sədridir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb