Kürdəxanıda dəhşətli qətl: əmisi oğlunu baltaladı - TƏFƏRRÜAT
Sabunçu rayon sakini əmisinin oğlunu baltalayıb. APA TV-nin məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bir müddət əvvəl həbsdən çıxan 41 yaşlı Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər. Bundan sonra qohumlar arasında mübahisə düşüb. Qızın qardaşı, 31 yaşlı Əlisamit Zeynalov gecə vaxtı Məşədi Adil küçəsində yaşayan Əliağanın evinə gələrək pəncərədən içəri daxil olub. Əlisamit yatmış vəziyyətdə olan əmisi oğluna balta ilə bir neçə zərbə endirərək gəldiyi yollada evi tərk edib. Əliağanın səsinə oyanan ailə üzvləri onu xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, Əliağa Dostməmmədovun həyatını xilas etmək mümkün olmayıb. Əlisamit Zeynalov hadisəni törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ