Bakıda ağac avtomobil yoluna aşıb
Bakıda ağac avtomobil yoluna aşıb. APA TV-nin məlumatına görə, güclü külək səbəbindən aşan ağac iki maşının üstünə düşüb. Avtomobillərdən VAZ 2107-yə ciddi ziyan dəyməsə də, Natiq Əlövsət oğlu Şamıyevə məxsus “Mercedes” markalı maşın ciddi zədələnib. Maşının arxa və ön şüşələri qırılıb, bəzi yerləri əzilib.
Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, hadisə bu gün günorta saatlarında Cəfər Cabbarlı küçəsi 44 ünvanında qeydə alınıb.
Paytaxtda əsən güclü külək nəticəsində söyüd ağacı kökündən çıxaraq, avtomobil yoluna aşıb.
Hadisə zamanı “Mercedes” markalı avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
14:40
2139
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2065
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2681
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1309
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2117
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2223